Yuxarı

Muqabenin varisi də vəzifədən uzaqlaşdırılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabvenin hakim Afrika Milli İttifaqı Partiyası Prezident Robert Muqabenin həyat yoldaşı Qreys Muqabedən partiyadakı vəzifəsindən imtinasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Herald” qəzeti yayıb. Qreys Muqabeyə qarşı tələbin onun hakim partiyanın regional komitə rəhbərləri ilə görüşü zamanı səsləndirildiyi bildirilib. Komitə rəhbərləri həmçinin vəzifədən uzaqlaşdırılmış vitse-prezident Emmerson Mnanqaqvanın səlahiyyətlərinin yenidən bərpa olunmasını istəyiblər.

Qeyd edək ki, Zimbabve ordusu ölkədə hakimiyyət çevrilişi həyata keçirib. Nəticədə 37 illik lider Robert Muqabe ev dustaqlığına məhkum edilib. Onun səlahiyyətlərinin icrası faktiki olaraq Mnanqaqvaya verilib.

Qreys Muqabe indiyə qədər Robert Muqabenin varisi hesab edilirdi.

Tarix
2017.11.18 / 11:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla