Yuxarı

Ərdoğan Çiprasdan FETÖ-çuları istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Aleksis Çipras arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, görüşdən sonra tərəflər mətbuata birgə açıqlama veriblər.

Çipras demokratik Türkiyəni hər zaman dəstəklədiklərini dilə gətirib:

“Miqrasiya razılaşması ilə Egey dənizində ölüm hallarının qarşısını aldıq. Bizim ölkəmiz demokratiya və azadlıq ölkəsidir. Yunanıstanın qiyamçıları dəstəkləyən ölkə olmadığını hər zaman cənab Ərdoğana bildirdim. Yunanıstan Avropa Birliyi ölkəsidir və məhkəmə qərarları müstəqil şəkildə verilir. Ölkəmiz uzun illərdir ki, iqtisadi böhran yaşayır. Türkiyə-Yunanıstan əlaqələrində sizi yeni səhifə açmağa dəvət edirik”.

Ərdoğan da öz növbəsində tarixi günün yaşandığına diqqət çəkib:

“Bizimlə ən rahat empatiya quracaq ölkələrdə biri də Yunanıstandır. 15 iyul demokratiyamıza qəsd edən FETÖ-çu xainlərın ədalətlə üzləşməsi böyük önəm kəsb edir. Həmin şəxslərin Türkiyəyə ekstradisiyası ilə bağlı yunan məhkəməsinə çağırış edirəm: Gecikmiş ədalət, ədalət deyil. Türkiyədə işgəncədən, edamdan söhbət gedə bilməz”.

Tarix
2017.12.07 / 19:18
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla