Yuxarı

İŞİD neftini bu məşhur şirkət alırmış - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris məhkəməsi tikinti materiallarının istehsalı ilə məşğul olan “Lafarge” korporasiyasının keçmiş baş direktoru Erik Olseni Suriyada terrorizmi maliyyələşdirməkdə ittiham edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Olsenin 2013-2014-cü illərdə terrorizmi maliyyələşdirdiyi iddia edilir. O, artıq həbs olunub.

Olsenlə bərabər, onun Suriya üzrə xüsusi nümayəndəsi Kristian Error da saxlanılıb.

Məhkəmə “Lafarge”ni xüsusi ilə İŞİD-dən neft almaqda ittiham edib. Şirkətin bununla Avropa Birliyinin 2011-ci ildə İŞİD-ə qarşı tətbiq etdiyi embarqonu yardığı vurğulanıb. Üstəlik, “Lafarge”nin Suriyadakı sement zavodunu saxlamaqdan ötrü İŞİD-lə razılıq əldə etdiyi də bildirilib.

Qeyd edək ki, Olsen 2007-2015-ci illərdə “Lafarge”nin rəhbəri olub.

“Lafarge” 1833-cü ildən bu yana fəaliyyət göstərir. Şirkətin 68 ölkədə 160 fabriki var.

Tarix
2017.12.08 / 12:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla