Yuxarı

BMT-dən xəbərdarlıq: Milyonlarla insan təhlükədədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qarşıdakı qışla əlaqədar qaçqın düşərgələrində məskunlaşan milyonlarla Suriya və İraq vətəndaşının həyatının təhlükə qarşısında olmasına dair xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, təşkilatın məlumatına əsasən, qaçqınların böyük bir qismi artıq yeddinci ildir ki, çadır düşərgələrində və ya yaşayışa yararsız, istilik sistemi olmayan tikililərdə yaşamaq məcburiyyətdindədirlər. Gözlənilən şaxta, qar, uzunmüddətli yağış və ya tufanlı hava şəraitini nəzərə alaraq, beynəlxalq qurum Yaxın Şərqdə təxminən dörd milyon Suriya və İraq qaçqını üçün qış yardımı proqramına start verib. Qaçqın düşərgələrində isti paltar, istiliyi saxlayan örtük və yorğan, istilik izolyasiyasına malik çadır və sobaların paylanması proqramın tərkib hissələridir.

BMT Uşaq Fondu (UNICEF) isə müharibə fəlakətinin qış fəlakətinə çevrilməməsi üçün uşaqları qışın soyuğundan qorumaqla bağlı layihələrə başlayıb. Təşkilat bu ilin qış aylarında müharibə bölgələrində 700 mindən artıq uşağa qış yardımı göstərəcək.

Tarix
2017.12.10 / 21:10
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla