Yuxarı

Əhmədinejad hədələdi: 48 saat vaxt verirəm...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad yaydığı video-çarxda ona qarşı irəli sürülən ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə 48 saat vaxt verib.

Axar.az xəbər verir ki, Əhmədinejad İran Məhkəmə Sisteminin rəisini tutduğu vəzifədən sui-istifadə etməkdə günahlandırıb:

“Məhkəmə Sisteminin rəisi dəfələrlə ölkə Konstitusiyasının 36-cı və 37-ci bəndlərinə qarşı çıxaraq, mənə və dostlarıma qarşı bəzi ittihamlar irəli sürüb. Halbuki belə bir vəzifəni daşıyan şəxs hamıdan çox qanuna tabe olmalı idi. O, tələbələr qarşısında çıxış edərək bizi “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandırıb. Üzümü Sadıq Laricaniyə tutub deyirəm: mənə və dostlarıma qarşı irəli sürdüyünüz ittihamları sübut edən sənədləri ictimaiyyət qarşısına çıxarmağınız üçün sizə 48 saat vaxt verirəm. Əks təqdirdə, şəxsən sizin son 8 ildə tutduğunuz postda gördüyünüz işləriniz və əməlləriniz barədə bildiklərimi ictimaiyyətə deyəcək, hər şeyi xalqa açıqlayacağam”.

Tarix
2017.12.18 / 13:53
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla