Yuxarı

FETÖ-nun şifrəsi qırıldı: Əcəvit bunu həyatı ilə ödədi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik orqanları 2015-ci ilin mayında FETÖ üzvü Xəlil Qaraqoçdan ölkədən qaçırmağa çalışarkən müsadirə olunan sərt disklərin (Hard Disk) şifrələrini qırıb.

Axar.az xəbər verir ki, 7 mərhələli şifrəni qırmaq üçün 2 il vaxt tələb olunub.

Disklərdə Fətullah Gülənin verdiyi 227 təlimat yer alıb. Özünü “Bank Asiya”nın sahibi olaraq adlandıran Gülən idman, siyasət, incəsənət və mətbuat sahəsində olan bir çox şəxs barədə fikirlərini ifadə edib.

Dövlət Baxçalı

“Dövlət Baxçalı münafiq adamdır. Rəbbimizin lütfü olmasa, bizi bir qaşıq suda boğar”.

Məsud Yılmaz

“Məsud Yılmaz axmaq adamdır. Heç köməyi dəymədi. Məktəblərə sahib çıxmadı. Ədəbi az olan biri idi”.

Süleyman Dəmirələ aldandıq

“Süleyman Dəmirəl hər əhli-imana səmimi olaraq davranmadı. Ələvi, şəcərəsi düzgün olmayan generalları siyahılarla ona təqdim etdik. Təəssüf ki, “sən qarışma, orduya müdaxilə etmə” dedi. Dəmirəl bizə həmişə pis davrandı. Biz də inandıq və aldandıq”.

Bülənt Əcəvit

“Bülənt Əcəvit bəy mənə görə çox təzyiqlə üzləşdi. Çox arxamda dayandı və bunu həyatı ilə ödədi”.

Jurnalist-yazar Nəcib Habləmitoğlu

“Habləmitoğlu öldürüldü. Xidmətimizin düşməni idi. Həyatda olarkən kanalları dolaşıb əleyhimizə danışırdı. Bir gün əleyhimizə kitab yazıb dedi ki, 10 milyon verməsəniz, bunu nəşr etdirəcəm”.

Tarix
2017.12.19 / 10:30
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla