Yuxarı

Fransada məhbus qiyamı: Polis əməliyyat keçirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın güc strukturları Paris ətrafındakı Flöri-Meroji həbsxanasında əməliyyat keçirir. Burada 123 məhbus kameralara qayıtmaqdan boyun qaçırıb.

Axar.az xəbər verir ki, qiyam günorta saatlarında, dustaqlara verilən gəzinti vaxtının azaldılmasından sonra başlayıb. 4,3 min məhbusun saxlanıldığı Avropanın ən böyük həbsxanasında yaranan gərginlik təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.

Hadisə yerinə xüsusi təyinatlı qüvvələr gətirilib. Həbsxana administrasiyası nümayəndəsinin sözlərinə görə, qiyam edənlər zorakılığa əl atmırlar.

İnsident hökumətdən cəzaçəkmə müəssisələrində təhlükəsizliyin artırılmasını tələb edən həbsxana əməkdaşlarının etiraz aksiyası fonunda baş verib. “France Blue” radiostansiyasının məlumatına əsasən, səhər saatlarında 200-ə yaxın həbsxana gözətçisi ümummilli etiraz aksiyasına qoşularaq cəzaçəkmə müəssisəsinin girişini bağlayıb.

Qeyd edək ki, ötən həftə Pa-de-Kale departamentində yerləşən Vanden-le-Viey kommunasındakı həbsxananın üç gözətçisi ekstremizmə görə məhkum olunmuş dustaqların hücumuna məruz qalaraq yaralanıb. Bu hadisədən sonra həmkarlar ittifaqı etiraz aksiyasına çağırıb. Təşkilatın fikrincə, hökumət ekstremizm işi üzrə mühakimə olunan məhbusların saxlanılma qaydalarını pozur.

Tarix
2018.01.18 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla