Yuxarı

Putin Dumanın iclasını çağırdı: Ukraynaya qoşun yeridilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrafik üzrə məzuniyyətdə olmalarına baxmayaraq, Rusiya Dövlət Dumasının üzvləri Ukraynadakı vəziyyətin gərginləşməsi ilə əlaqədar təcili şəkildə Moskvaya toplaşırlar.

Axar.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə parlamentdəki mənbədən mediaya informasiya ötürülüb. Qeyd olunur ki, parlamentarilər dövlət başçısı Vladimir Putinin göstərişi əsasında keçiriləcək növbədənkənar toplantıya qatılmaq üçün qayıdırlar.

İclasın dərhal – günü sabah keçirilməsi mümkündür. Sadəcə, bunun üçün yetərsay olmalıdır. Hansı məsələlərin müzakirəyə çıxarılacağı ilə bağlı deputatlarda məlumat olmasa da, mənbə Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsi sənədinin gündəliyə salınacağını olduqca real hesab edib.

Xatırladaq ki, rus sülhməramlı qüvvələrinin Ukraynanın şərqinə yeridiləcəyi ilə bağlı mətbuatda dəfələrlə məlumat yayılıb. Putinin ötən gün keçirdiyi Təhlükəsizlik Şurasının təcili toplantısında da bu barədə müzakirələr aparıldığı ehtimal edildi. İclasdan sonra Putinin orduya çağırışı bu ehtimalları daha da artırdı.

Qeyd edək ki, Putin NATO-nun Rusiya sərhədlərinə yaxınlaşdığını bildirərək, bu təhlükəyə qarşı hazır olması üçün orduya müraciət etdi.

Tarix
2014.07.24 / 00:01
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla