Yuxarı

ABŞ və Rusiyanın Türkiyəyə qarşı planı: bu gün təqdim edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyanın şimalında kürd muxtariyyəti yaradılması haqqında planını bu gün təqdim edəcək.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli Sərdar Turqutun “Habertürk” qəzetində dərc olunan köşə yazısında yer alıb.

“Bu gün Valday klubunun konfransını Rusiyanın Elmlər Akademiyasının akademiki, Şərq Tədqiqatları İnstitutunun rəhbəri Vitali Naumkin idarə edəcək. Naumkin Putinin Yaxın Şərq məsələləri üzrə ən etibar etdiyi şəxsdir. Naumkin hazırda bu siyasətin dövlətin içərisində icraçısı olan Xarici İşlər nazirinin müavini Mixail Boqdanovun müəllimidir. Naumkin həm də uzun illər əvvəl Bərzaninin atası ilə gizləndiyi mağarada gizli görüşə biləcək qədər kürdlərə yaxın olan şəxsdir.

Bu toplantıya həmçinin Rusiya və İranın xarici işlər nazirləri də qatılır. Naumkin bu gün ortaya çıxacaq Rusiyanın Şimali Suriya planını anlatmaq üçün noyabr ayında Vaşinqtondakı xarici siyasət elitasının toplandığı Corctaun Universitetindəki qapalı bir iclasa qatılmaq istəyirdi. Ancaq bu toplantı son anda ləğv edildi. Ləğvin əsas səbəbi isə ortaya çıxacaq planın Türkiyə ilə hələlik tam olaraq razılaşdırılmaması idi. Görünür, Naumkin Türkiyənin bu planı rəsmən bilmə zamanının gəldiyinə qərar verib və ola bilsin ki, Valday toplantısında bunun haqqında mesaj veriləcək.

Naumkin Amerikanın əslində Fəratın şərqində kürdlər üçün müstəqil dövlət istədiyini, ancaq bunun qəbuledilməz olduğunu söyləyir. Onun planına görə, Şimali Suriyada Şimali İraq modeli tətbiq edilməlidir. Yəni güclü Suriya dövlətinə bağlı olan muxtar kürd bölgəsi yaradılmalıdır və hazırda bu, Vaşinqtonda da müzakirə edilir”, – deyə o bildirib.

Tarix
2018.02.19 / 13:31
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla