Yuxarı

Netanyahu ilə Obamanın gizli telefon danışığı yayıldı – Stenoqram

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin "Kanal 1" televiziyası İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Barak Obama arasında olan telefon danışığının stenoqramını yayımlayıb.

Axar.az iki lider arasında mətbuata sızan danışığın bəzi nüanslarını təqdim edir:

Barak Obama: İsrailin təcili olaraq birtərəfli atəşkəsi qəbul etməsini və bütün təcavüzkar fəaliyyətlərini, xüsusilə hava hücumlarını dayandırmasını istəyirəm.

Benyamin Netanyahu: İsrail atəşkəs qarşılığında nə alacaq?

B.O: HƏMAS-ın raket hücumunu dayandıracağına inanıram. Sükunət sükunətlə qarşılıq tapacaq.

B.N: HƏMAS daha əvvəlki beş atəşkəsi pozdu. O özünü İsrailin məhvinə həsr etmiş terror təşkilatıdır.

B.O: Təkrar edirəm, İsrailin bütün hərbi fəaliyyətlərini birtərəfli olaraq dayandırmasını gözləyirəm. Qəzzadakı görüntülər İsrailin mövqeyinə fasilə verməsini tələb edir.

B.N: Kerrinin təklifi tamamilə reallıqdan kənar idi və HƏMAS-a hərbi və diplomatik qazanclar gətirirdi.

B.O: İsrailin hərbi fəaliyyətlərini dayandırmasından sonrakı bir həftə ərzində Qətər və Türkiyə HƏMAS-la 2012-ci ildəki məsələni - İsrailin mühasirəsi və Qəzzaya qarşı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətindəki vədi də müzakirəyə çıxaracaqlar.

B.N: Qətər və Türkiyə HƏMAS-ın ən əhəmiyyətli dəstəkçiləridir. Onların ədalətli olacaqlarına inanmağımız mümkün deyil.

B.O: Mən Qətər və Türkiyəyə güvənirəm. İsrail öz vasitəçilərini seçəcək mövqedə deyil.

B.N: Etiraz edirəm, çünki HƏMAS raket atmağa və tunellərdən terror fəaliyyətləri üçün istifadə etməyə davam edə bilər…

B.O: (Netanyahunun sözünü kəsərək) Bu saatdan sonra top İsraildə. Bütün hərbi fəaliyyətləri sona çatdırmalısınız.

Tarix
2014.07.30 / 09:20
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla