Yuxarı

Stokholm qatili: İsveçi cəzalandırmaq istədim...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdə terror aktı törətməkdə şübhəli bilinən 40 yaşlı Özbəkistan vətəndaşının məhkəmə prosesi davam edir.

Axar.az xəbər verir ki, əleyhinə terrorizm və terror aktı törətmək cəhdi, habelə yük maşınını qaçırması və Stokholmun mərkəzi küçəsində piyadaların üzərinə sürməsi ittihamı irəli sürülmüş Rahmat Akilov məhkəmə iclası prosesində vəkillər tərəfindən dindirilib.

Vəkil Mari Şaud şübhəliyə törətdiyi əməldən ötən 10 ay müddətdə hələ də özünü haqlı hesab etdiyi ilə bağlı sual verib. Rahmat Akilovun cavabı qısa olub: “Bəli”. Akilov onun üçün ayrılmış tərcüməçinin köməyi ilə bildirib ki, “İslam dövləti” terror təşkilatı üzvlərinin itkilərinin qisasını almaq və bu təşkilatla qlobal mübarizədə fəal iştirakına görə İsveçi cəzalandırmaq istəyib.

Qeyd edək ki, ittiham tərəfi Rahmat Akilova ömürlük azadlıqdan məhrum edilməsi cəzası verilməsini tələb edir.

Xatırladaq ki, 2017-ci ilin aprelində Akilovun qaçırdığı yük maşını Stokholmun mərkəzindəki Drottninggatan-da küçəsində piyadalar üçün nəzərdə tutulmuş əsas keçidə çıxaraq 600 metrdə böyük sürətlə beş nəfəri ölümcül əzib və ticarət mərkəzinin binasına girib. Sonradan mütəxəssislər yük maşınında partlayıcı maddələr aşkar ediblər. Terror aktı törədən şəxs cinayət yerindən qaça bilsə də, bir neçə saat sonra fotorobot vasitəsilə yaxalanıb.

Tarix
2018.02.22 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla