Yuxarı

Aralıq dənizində gərginlik: Türk kapitan... – Şok detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinə məxsus 3-cü bölgəyə daxil olan İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması ilə Türkiyə Sahil Mühafizə Xidmətinin döyüş gəmisi arasındakı toqquşmanın qarşısı son anda alınıb.

Axar.az xəbər verir ki, Kipr, Yunanıstan və Türkiyə arasında gərginliyə səbəb olan hadisə zamanı türk kapitan axtarış platformasının qarşısını almaq üçün təhlükəli addım atıb.

Məlumata görə, “Saipem 12000” platforması xəbərdarlıqlara baxmayaraq ərazini tərk etməyib. Bundan sonra onu əhatəyə alan türk döyüş gəmilərindən biri platforma istiqamətində irəliləməyə başlayıb. Toqquşma ehtimalının yüksək olduğunu nəzərə alan “Saipem 12000”in kapitanı türk gəmisi ilə rabitə əlaqəsi yaradaraq marşrutu dəyişməli olduğunu bildirib. Türk kapitan isə marşrutu dəyişməyəcəyini qəti şəkildə vurğulayıb. Yalnız bundan sonra “Saipem 12000” platforması istiqamətini dəyişərək ərazini tərk edib.

Qeyd edək ki, fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platformasının təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlməsi Türkiyənin narazılığına səbəb olmuşdu.

Tarix
2018.02.23 / 15:14
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla