Yuxarı

Əbu Qayt: ABŞ bu münaqişənin 70 illik tarixini bilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyinin Təl-Əvivdəki səfirliyini 14 mayda Qüdsə daşıması planı yanlış qərardır.

Axar.az xəbər verir ki, bu sözləri Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Qayt söyləyib. O bildirib ki, ABŞ-ın bu qərarı əvvəldən səhv olub:

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Qüdsə köçürməsi haqqında qərar fələstinlilərin və israillilərin birlikdə yaşaması üçün olan bütün son ümidləri puç etdi. Səfirliyin İsrailin 70-ci ildönümündə köçürülməsi də onu sübut edir ki, ABŞ-ın 70 illik qarşıdurmanın tarixindən xəbəri yoxdur”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin adı açıqlanmayan yüksək vəzifəli nümayəndəsi ABŞ-ın Təl-Əvivdəki səfirliyini İsrailin 70 illiyi münasibəti ilə may ayında Qüdsə köçürülməsinə qərar verdiyini bildirmişdi. Bundan sonra İsrailin Nəqliyyat və Kəşfiyyat naziri Yisrail Katz Tvitter hesabında bunları yazıb: “ABŞ səfirliyinin 70-ci ildönümümüzdə (14 may) Qüdsə köçürülməsi ilə bağlı qərara görə Prezident Donald Trampa təşəkkür edirəm. Bundan böyük hədiyyə ola bilməzdi”.

Tarix
2018.02.24 / 23:27
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla