Yuxarı

Türkiyə ordusundan böyük şücaət: 8 şəhid, 7 yaralı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:25

Suriyanın Afrin şəhərinin Kəl Təpə adlanan ərazisində yaşanan şiddətli silahlı atışmalarda bir neçə türkiyəli hərbçinin şəhid olduğu, bir neçəsinin də yaralandığı bildirilib.

Axar.az xəbər verir ki, sözügedən ərazidə PKK/YPG terrorçuları tunellərdən hücuma keçməyə cəhd göstərib. Lakin türk ordusunun qətiyyətli və effektiv əməliyat tədbirləri nəticəsində terrorçuların qarşısı alınıb.

YPG-çilərin hücuma keçdiyi ərazi intensiv atəşə tutulub və havaya qalxan ATAK helikopterləri terrorçuların gizləndiyi ərazilərə aviazərbələr endirib.

Yaralı hərbçilərin Hataydakı xəstəxanalara aparıldığı bildirilib.

***

Aparılan əməliyyatlar zamanı 3 türk əsgəri şəhid olub, 7-si isə yaralanıb.

Hac Bilal kəndi ilə Kəl Təpə istiqamətində gedən döyüşlərdə 23 YPG-çinin də məhv edildiyi bildirilib.

Qeyd edilib ki, ordunun kişik qrupu irəliləyən zaman anidən tunellərdən qat-qat çox sayda - 100-ə yaxın terrorçu hücuma keçib.

Şiddətli atışmalar olmasına baxmayaraq, əraziyə gələn və yaralıları çıxarmaq istəyən bir helikopter də zədə alıb.

***

Türkiyə Silahlı Qüvvələri şəhid sayının artdığı barədə növbəti açıqlama yayıb.

Məlumatda daha 5 əsgərin şəhid olduğu bildirilib.

Tarix
2018.03.02 / 01:12
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İlham Əliyev 4 fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla