Yuxarı

Nazirlər, qubernatorlar həbs edilir, amma çifayda - Jirinovski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın bütün regionlarının borclarını bağışlamaq lazımdır.

Axar.az xəbər verir ki, bunu debatlar zamanı Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, 100 il əvvəl Rusiyada yanlış administrativ-milli bölgü olub:

“Dünyanın heç bir yerində ölkə daxilində bölgələri milli göstəricilərə görə bölmək yoxdur. Bu, birinci səhvdir. İkinci səhv kiçik regionlardır. Bizim yalnız üç regionumuz donor rolunu oynaya bilir: Moskva, Peterburq və Xantı Mansiysk muxtar dairəsi. Yerdə qalan bütün regionlar dotasiya alır. Regionların borclarını bağışlamalıyıq. Regional hökumətlərdən dövlət banklarından minimal faizlər kredit götürmək tələb edilir, amma onlar kommersiya banklarının xidmətlərindən yararlanmağa davam edirlər. Niyə belə edirlər? Ona görə ki, buradan qubernator bankirlə birgə pulun bir hissəsini öz cibinə qoyur. Bu ki hər kəsə aydındır! Tədbirlər görülür, qubernatorlar, deputatlar, senatorlar, nazirlər tutulur, amma bu heç bir effekt vermir”.

Qeyd edək ki, son 4 il ərzində Rusiyanın subyektlərində vəziyyət gərginləşib. Subyektlər öz büdcə öhdəliklərini yerinə yetirə bilməyiblər. Bölgələrdəki büdcə kəsirləri rekord həddə çatıb.

Tarix
2018.03.13 / 11:03
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla