Yuxarı

Putinə ilk sui-qəsd: Bakı əməliyyatının sirri açıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:38

Rusiyalı jurnalist Andrey Kondraşovun “Putin” filminin ikinci hissəsi yayımlanıb.

Axar.az xəbər verir ki, filmin ikinci hissəsində ən maraqlı məqamlardan biri Putinə qarşı təşkil edilən sui-qəsdlər haqqında məlumatlardır. Kondraşov Putinə qarşı təşkil edilən ilk sui-qəsdin Bakıda həyata keçirildiyini bildirib. Belə ki, sui-qəsd 2000-ci ilin sonlarında baş tutub. Şimali Qafqazda müharibənin getdiyi bir zamanda Bakıya gələcək Putinə qarşı sui-qəsdin Şəhidlər Xiyabanı ərazisində nəzərdə tutulduğu bildirilib.

Kondraşov film zamanı Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki İndrat Fətullayevin də fikirlərinə yer ayırıb. Fətullayev sui-qəsdə cəhd edən şəxsin İraq vətəndaşı Kənan Əhməd Rüstəm olduğunu bildirib. Polkovnik onun həmçinin “Əbdürrəhman Buxari”, “Əbu Səid əl-Kürdi” adları ilə məşhur olduğunu bildirib.

Terrorçu MTN-nin diqqətini 2000-ci ilin mayında cəlb edib.

Kondraşov bu işdə MTN-ə Rusiya xüsusi xidmət orqanlarının yardım etdiyini bildirib. Belə ki, Kənan Əhməd Rüstəm Çeçenistanda Xəttabın telefonlarının dinlənilməsindən sonra müəyyən edilib. Ruslar həmçinin aydınlaşdırıblar ki, bu şəxs Pakistan və Əfqanıstanda teraktlarda iştirak edib və bomba hazırlanmasında əsas instruktor olub. Onun həmçinin Bakıya bir neçə sim kartla bağlı olan yeni bomba sxemi gətirdiyi müəyyən edilib. Sonradan Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının birgə fəaliyyəti ilə hücumun qarşısı alınıb.

Filmdə Kondraşovun Azərbaycan Prezidenti İlham Əliyevlə qısa müsahibəsi də yer alıb. Prezident Əliyev Putinin Azərbaycana ilk səfərindən sonra ölkələr arasında münasibətlərin dəyişildiyi bildirib:

“Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü uzun zaman davam etdi. Görüşün sonunda atam mənə Putinin onda yaratdığı təəssüratları söylədi. Əlbəttə ki, onları çox şey birləşdirirdi. Onların hər ikisi bir məktəbdə - Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı Ali Məktəbində oxumuşdular. Onlar bir-birilərini çox yaxşı başa düşürdülər”.

Tarix
2018.03.16 / 10:17
Müəllif
İlkin, Ülkər
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla