Yuxarı

Fransa Afrikaya hücum edir - Müharibə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Müdafiə naziri Jean-Yves Le Drian parçalanma təhlükəsi ilə üzləşən Mərəzi Afrika Respublikasına 1000 əsgər göndəriləcəyini açıqlayıb.

"Axar.az"ın məlumatına görə, Fransa qeyd edilən ölkəyə hərbi müdaxilə edəcəyində qərarlıdır. Müdaxilənin dəqiq vaxtı bilinməsə də, əməliyyatların məhdud çərçivədə olacağı söylənilir. Bildirilir ki, bu əməliyyatın məqsədi ölkədə sabitliyi yenidən bərqərar etməkdir.

Fransanın Müdafiə Nazirliyi müdaxilənin sərt və hədəfə istiqamətlənmiş olacağını da açıqlayıb. Ölkənin Xarici İşlər naziri Laurent Fabius hazırda həmin ölkədə 1,5 milyon insanın aclıqdan əziyyət çəkdiyini bildirib və ölkənin soyqırım təhlükəsi ilə üzləşdiyini sözlərinə əlavə edib. Prezident Fransua Olland isə beynəlxalq ictimaiyyəti Mərkəzi Afrikadakı xaosa son qoymaq üçün hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Fransa 2013-cü ilin yanvar ayında da digər bir Afrika ölkəsi olan Maliyə hərbi müdaxilə etmişdi. Həmin müdaxilənin məqsədi isə ölkəni terrordan təmizləmək idi.

Tarix
2013.11.27 / 10:36
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla