Yuxarı

Ermənilərin “pilotsuz tankı” gülüş doğurdu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın KBX şirkəti “pilotsuz tank” yaratdığını iddia edib.

Axar.az xəbər verir ki, “tank” İrəvanda keçirilən “ArmHitec-2018” beynəlxaql silah və müdafiə texnologiyaları sərgisində təqdim edilib.

Şirkətin nümayəndəsi David Nikoqosyan “pilotsuz tank da adlandırıla biləcək” özüyeriyən kiçik aparatın çəkisinin 200 kq, yükdaşıma qabiliyyətinin 300 kq olduğunu açıqlayıb.

“Bu platform onun üzərinə nə quraşdıracağınızdan asılıdır. Məsələn, siz ona kamera quraşdırsanız, onu kəşfiyyat məqsədilə istifadə edə bilərsiniz. Əgər silah quraşdırsanız, onun vasitəsilə qarşısındakı hədəfi məhv edə bilərsiniz”, - şirkət nümayəndəsi deyib.

Yeni yaratdıqları “pilotsuz tankın” elektrikli mühərriklə işlədiyini deyən Nikoqosyan bu qurğunun hələlik bütün testlərdən keçmədiyini deyib.

Ermənilərin “pilotsuz tank” dediyi qurğunu əslində tankdan başqa hər şeyə bənzətmək mümkündür. Belə ki, təqdim edilən “pilotsuz tank” dünyadakı analoji qurğuların heç birinə bənzəmir. Qabaritlərinə görə də “pilotsuz tank” deyilən bu qurğu daha çox bəzi çətin keçilən yerlərdən odun daşımağa yarayır.

Qurğu kəşfiyyat üçün həddən artıq böyük, döyüş üçün çox kiçikdir. Ordunun robotlaşdırılması istiqamətində lider olan ABŞ, İsrail kimi ölkələr artıq bu qədər böyüklükdə qurğulardan kəşfiyyat üçün istifadə etmirlər. ABŞ-ın bunun üçün həcmi həddən artıq kiçik olan “Recon Scout” (1,3 kiloqram), “First Look 110” (2,5 kiloqram) və “Dragon Runner” kimi pilotsuz yeriyən aparatları mövcuddur.

Görünür, ermənilər “pilotsuz tank” deyəndə pultla idarə olunan tırtıllı oyuncaqları nəzərdə tuturlar.

Tarix
2018.03.31 / 11:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla