Yuxarı

Ərdoğan: Belə bir fikrimiz yox idi, ani qərar oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV kanalında növbədənkənar prezident seçkiləri ilə bağlı sualları cavablandırıb.

Axar.az xəbər verir ki, Ərdoğan müsahibə zamanı növbədənkənar seçkilər barədə əvvəlcədən düşünmədiyini və bunun ani qərar olduğunu bildirib.

“Çərşənbə axşamı dostlarla iclas keçirdik və iclasa Baxçalı ilə birgə qatıldıq. İclasda təkliflərə qarşı bir təklif irəli sürdük. Onlar da bu təklifi müsbət qarşıladılar. 24 iyunda məktəblərin bağlanacağı və universitetlərdə imtahanlar keçiriləcəyini nəzərə alaraq bu tarixi seçdik. Universitetə daxil olmaq üçün keçirilən imtahanları da 1 həftə sonraya saldılar. Baxçalı qərarı açıqladığı an yolda idim. Növbədənkənar seçki AKP olaraq bizim prinsiplərimiz arasında yox idi. Biz növbədənkənar seçki olmayacağını bildirmişdik. Əvvəlcədən qəti olaraq belə bir qərarımız yox idi”, - deyə o bildirib.

“Millətimiz "davam" desə, davam edərik, "tamam" desə hörmət edərik" - deyən Ərdoğan Türkiyənin durmadan inkişaf etdiyini bildirib:

"Bütün dünya Türkiyədəki inkişafı izləyir. Türkiyə siyasət, hərbi, iqtisadi sahədə, manelərə baxmayaraq, inkişaf edir”.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Tarix
2018.04.21 / 23:22
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla