Yuxarı

Rusiya hava-kosmik müdafiə qüvvələrini Arktikada yerləşdirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya hava-kosmik müdafiə qüvvələrini Arktikada yerləşdirir

Rusiya Hava-Kosmik Müdafiə (HKM) Qoşunları bölmələrinin Arktikada yerləşdirilməsinə və Uzaq Şimalda raket hücumundan xəbərdarlıq sisteminin radiolokasiya stansiyasının (RLS) tikintisinə başlayıb.

"Axar.az"ın Trend-ə istinadən məlumatına görə, bunu HKM Qoşunları komandanı general-mayor Aleksandr Qolovko RİA Novosti-yə müsahibəsində deyib.

A.Qolovko bildirib: "İrkutskda və Kalininqradda yeni RLS-lərin tikintisi başa çatıb, Yenisey, Orsk, Barnaul və Vorkuta şəhərlərində RLS-lərin yaradılmasına başlanılıb".

Komandan xatırladıb ki, cari ildə Armavirdə (Kuban) Azərbaycanda Qəbələ RLS-in istismarının dayandırılmasını tamamilə kompensasiya edən yüksək zavod hazırlıqlı RLS döyüş növbəsinə qoyulub: "İşimizdə mühüm istiqamət radiolokasiya sahəsinin inkişafıdır. Bu, xüsusilə şimal istiqamətinə aiddir. Artıq Arktika zonasında radiotexniki bölmələrin yerləşdirilməsinə başlanılıb".

Tarix
2013.11.28 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla