Rusiya ilə qərb ölkələri arasında davam edən qarşılıqlı
iqtisadi sanksiyalar artıq ilk nəticələrini verməyə
başlayıb.
ANS TV-nin məlumatına görə, qida qıtlığına yol verməmək üçün
əlavə tədbirlərə görə Rusiya höküməti Moskvada Azərbaycan
məhsulları yarmarkası açmağa qərar verib. Daha etraflı Moskva
müxbirimiz Aqşin Sabiroğlunun reportajında...
Rusiya ilə Qərb ölkələri arasında davam edən qarşılıqlı iqtisadi
sanksiyalar artıq ilk nəticələrini verməyə başlayıb. Qida qıtlığına
yol verməmək üçün əlavə tədbirlər alan Rusiya hökuməti Moskvada
Azərbaycan məhsulları yarmarkası açmağa qərar verib.
Alma, şaftalı, feyxua, üzüm, armud, qaysı, gavalı, heyva -
bunlar Azərbaycandan gətirilən məhsulların sadəcə bir hissəsidir.
Bundan başqa tərəvəz, ət və süd məhsulları ve əlbettə ki milli
şirniyyat növləri də Azərbaycan yarmarkasında Moskva sakinlərinin
yolunu gözləyir. Azərbaycanın Quba, Şəki, Lənkəran, Gədəbəy, Gəncə
ve Gazax regionlarının təmsil edildiyi yarmarkada Azərbaycan
musiqisi də qonaqların əhvalını qaldırır.
Satıcı İsa Məmmədov deyir ki, "Rusiya hökuməti sanksiyalarına
görə sağ olsun. Bizə belə şərait yaradıblar, Azərbaycan
məhsullarını gətirib burda yarmarkalarda satırıq. Bizim arzumuz
budur ki, bu sanksiylar bundan sonra da davam eləsin və biz də daha
çox məhsul satarıq".
Alıcı Andrey Filipov qeyd edir ki, "Bu yarmarka Azərbaycan ve
Rusiya xalqlarının qardaşlığının davam etdiyini göstərir. Əgər
kimsə Polşa almasının Şamaxı və ya Quba almasından yaxşı olduğunu
düşünürsə ciddi şəkilde yanılır. Azərbaycan yemişi, qarpızı və
üzümünə nə çatar. Azərbaycan kababını daha demirəm. Bunlar
əladır".
Moskva meriyasının qərarıyla sentyabr ayının sonunadək Moskvada
73 qida yarmarkasının fəaliyyətə başlaması nəzərdə tutulur.
"Rusiya və Qərb ölkələri arasında davam edən iqtisadi
sanksiyaların nə zaman və necə başa çatacağı hələ bilinmir. Ancaq
bugün Moskvada açılan Azərbaycan məhsulları yarmarkası bunu
göstərir ki, bu sanksiyalar ölkələrimiz arasındakı ticari
əlaqələrin daha da güclənməsi baxımından faydalı olacaq".
Qeyd edək ki, Azərbaycan məhsulları yarmarkası önümüzdəki 3 ay
boyunca fəaliyyət göstərəcək.