Yuxarı

İrəvanda daha bir aksiya: Paşinyandan tələb - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvandakı “Nairit” zavodunun keçmiş və indiki işçiləri Ermənistan baş nazirinin iqamətgahı önündə etirazlara başlayıb.

Axar.az xəbər verir ki, etirazçılar zavodun yenidən işə salınmasını və ötən 4 aydan qalan maaşlarının ödənilməsini tələb edir.

“Biz istəyirik ki, hökumət ağır vəziyyətdən xəbərdar olsun”, - zavodun keçmiş direktoru Karen İsraelyan deyib.

Aksiya iştirakçıları bildirib ki, yanvarın 1-də əmək müqavilələrinin vaxtı bitsə də, işdən qovulmaq barədə əmr yoxdur. Onlar bu müddət ərzində işləyib, “Nairit”in təhlükəsizliyini təmin ediblər. Amma 4 ayda bir dəfə də maaş almayıblar.

Baş nazirin nümayəndələri 3 nəfər aksiya iştirakçısını hökumət iqamətgahına dəvət edib. Onları kimin qəbul edəcəyi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, buna parallel olaraq İrəvanda daha geniş kütləvi aksiya keçirilir. Yolları bloklayan, meriya binasına girən aksiyaçılar merin istefasını, hazırda məhkəməsi gedən Sasna Çrer silahlı qruplaşması üzvlərinin azad olunmasını tələb edirlər.

Tarix
2018.05.16 / 15:14
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla