Yuxarı

İrəvanda aksiyalar: vətən xaini azadlığa çıxa bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan erməni general, qondarma Dağlıq Qarabağın keçmiş Müdafiə naziri Samvel Babayanın tərəfdarları İrəvanda aksiyaları davam etdiriblər.

Axar.az xəbər verir ki, etirazçılar Ermənistan Kassasiya Məhkəməsinin binasının qarşısına toplaşaraq, Babayanla bağlı qərara etiraz ediblər. Etirazlara Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin keçmiş müavini Gurqen Yeqiazaryan da qoşulub. Etirazçılar həmçinin Ermənistanın Baş Prokuroru Artur Davtyanın da istefasını istəyiblər.

Aksiyalara Yelk Blokunun deputatları da qoşulub. Bloku etiraz aksiyasında Sasun Mikayelyan və Ovik Aqazaryanın təmsil etdiyi bildirilib.

Qeyd edək ki, Babayan keçən ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi. O, Ermənistanda dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinərək, 22 martda tutulmuşdu. Erməni general “İqla” raketlərinin Ermənistana keçirilməsində və Ermənistan Prezidenti Serj Sərkisyana qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilmişdi.

Babayan əslən Xankəndidəndir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini təbliğ edən Miatsum hərəkatının üzvlərindən biri olub. Qarabağda azərbaycanlılara və ermənilərə qarşı xüsusi əməliyyatlarda iştirak edib. 1991-ci ilin iyununda həbs edildikdən sonra 6 ay müddətində Bakıda həbsdə saxlanılıb, sonradan azadlığa buraxılıb. Babayan Xocalı, Şuşa rayonların alınmasında yaxından iştirak edib. O, həmçinin 1994-cü ildə atəşkəs müqaviləsinə imza atanlardan biri olub.

Tarix
2018.05.21 / 14:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla