Yuxarı

Kreml erməni nazirləri yoxlayır: Paşinyana niyə silah verilir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə naziri David Tonoyan Astanada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Görüşdə ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında münasibətlər müzakirə edilib. Nazilər bəzi sahələrdə daha yüksək əməkdaşlığın təmini barədə razılığa gəliblər.

Rusiya son günlər digər erməni nazirlərlə də əlaqəni gücləndirib. Tonoyanın Şoyqu ilə görüşündən bir qədər əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Levon Mnatsakanyana zəng edib.

Moskvanın Ermənistana yaxınlaşması ilə bağlı artıq erməni mətbuatı da müəyyən fikirlər səsləndirməyə başlayıb. Mətbuat Rusiyanın Ermənistana TOR sistemləri verməyə hazır olması haqqında xəbərlər yayıb.

TOR haqqında dünən parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan da danışıb. Deputatların bu sistemlərin əldə olunması haqqında razılığın nə zaman imzalanacağı ilə bağlı sualına Paşinyan “bu məlumat məxfidir” cavabını verib.

Daha sonra məsələni Ermənistan-Rusiya münasibətləri istiqamətinə yönəldən Paşinyan Soçi görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı əlaqələrin formalaşdığını deyib.

Tarix
2018.05.24 / 11:44
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla