Yuxarı

Putin Poroşenkoya hansı sənədi imzalatmaq istəyib – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrainskaya pravda" (Ukrayna həqiqətləri) agentliyinin əməkdaşı Sergey Leşenko Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin müavini Valeri Çalıya istinadla prezidentlərin Minskdə keçirilən görüşünə dair yeni faktlar ortaya qoyub.

Axar.az xəbər verir ki, bu məqamları Leşenko öz bloqunda yerləşdirib.

Leşenko Çalıya istinadla vurğulayıb ki, Minsk görüşündə Rusiya prezidenti Vladimir Putin böyük cəhdlərlə danışıqlarda Ukraynadakı hərbi qarşıdurmalardan deyil, iqtisadi əlaqələrdən bəhs edilməsinə çalışıb. Bundan başqa, onun hər hansı kompromisə getməyəcəyi görüşün elə əvvəlindən bəlli olub:

"Putinin Poroşenkoya baxışlarından və ünsiyyətindən aydın görünürdü ki, Kreml Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini, həmçinin rəsmi Kiyevin Avropa Birliyi ilə imzaladığı müqavilənin tezliklə reallaşmasını qəbul etməyəcək. Minskdəki çoxtərəfli danışıqlarda Rusiya rəsmi Kiyevə yekun memorandumu imzalatdırmağa çalışıb. Hazırda həmin sənəd "Ukrainskaya pravda"nın ixtiyarındadır. Belə bir sənədin olması və görüş iştirakçılarının diqqətinə çatdırılması Belarusun ixtiyarına verilib. Aydın məsələdir ki, sənəd əvvəlcədən Rusiyada hazırlanıb, "tərtib olunub". Sənədə baxanda dərhal hiss olunur ki, onun hər hansı təsir gücü yoxdur və layihə Rusiyanın vaxt udmasına və Kremlin itirilən imicinin bərpasına hesablanıb".

Xatırladaq ki, Rusiya, Qazaxıstan, Belarus və Ukrayna prezidentlərin, habelə Avropa Birliyi komissarlarının iştirakı ilə keçirilən görüş nəticəsiz yekunlaşmışdı.

Tarix
2014.08.29 / 15:58
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla