Yuxarı

Obama çarəsiz durumda: “Bizə kömək edilməlidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama İŞİD təhlükəsinə qarşı mübarizə mövzusunda jurnalistlərin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, Obama Ağ Evdə təşkil etdiyi mətbuat konfransında Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatların başlanılması üçün Konqresin razılıq verməli olduğunu dilə gətirib.

Onun sözlərinə görə, təkcə Konqresin yox, ABŞ xalqının da razılığı olmalıdır: "Hadisələr inkişaf etdikcə Konqreslə müzakirələrimizi davam etdirəcəyik. Konqresin müzakirələrə qatılmasının böyük əhəmiyyəti olacağını düşünürəm. Bundan əlavə, Amerikan xalqı da müzakirələrin bir parçası ola bilər".

"Öncədən danışmaq istəmirəm. Hələlik bir strategiyamız yoxdur", - deyən Obama mətbuatda yayılan məlumatların çox irəli getdiyini qeyd edib.

Prezident İŞİD-i tamamilə məhv edə biləcək və bölgədə uzunmüddətli sabitliyi bərpa edəcək planın hazırlandığını bildirib: "Hər bir variant geniş şəkildə müzakirə olunur. Nə lazımdırsa, onu da edəcəyik".

Obama bu gün Milli Təhlükəsizlik Şurasının çağırıldığını, Pentaqon şefi Çak Hagelə hərbi əməliyyatların planının hazırlanması tapşırığını verdiyini də açıqlayıb.

"Ali Baş komandan olaraq Amerika xalqını qorumaq və ABŞ torpaqlarını təhdid edənlərə qarşı nə lazımdırsa, həmişə edəcəyik".

Bundan başqa Obama terrorçulara qarşı təkcə ABŞ-ın mübarizə apara bilməyəcəyini qeyd edərək qonşu ölkələrin və müttəfiqlərin ABŞ-a kömək etməli olduğunu bildirib. Onun sözlərinə görə, uzunmüddətli sabitlik üçün müttəfiqlərlə birgə mübarizəyə qoşulmaq vacibdir.

İŞİD-ə qarşı region dövlətləri ilə əməkdaşlığın vacib olduğunu deyən Obama bu məqsədlə Dövlət katibi Con Kerrini bölgəyə göndərəcəyini deyib.

Tarix
2014.08.29 / 22:36
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla