Yuxarı

Dağıstanlı gəncdən Putinə iddialı təklif – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən "Seliqer" Ümumrusiya Gəncləri Forumundan növbəti kuryoz video-süjet paylaşılıb.

Axar.az-ın "RussianToday" telekanalına istinadən xəbərinə görə, dağıstanlı tələbə Hadiz İbrahimovla Rusiya dövlət başçısı arasında gülüşə səbəb olan dialoq yaşanıb.

Gənc fəal Putinə sualla müraciət edərək bildirib ki, onun prezidentliyinin başa çatmasına az bir vaxt qalıb və bu səbəbdən Rusiya prezidentinin Dağıstan Respublikasının rəhbərliyinə gəlməsi vacibdir. Bu təklifə lakonik cavab verən Putin gəncə təşəkkürünü bildirib və əlavə edib ki, əgər Moskvadakı bürokrat məmurlardan canını qurtara bilsə, mütləq region rəhbərliyini nəzərdən keçirəcək.

Hadiz İbrahimovun sualları və təklifləri bununla başa çatmayıb. O, Dağıstan Respublikasının hazırkı rəhbəri Ramazan Abdulatipovun da "bostanına" daş atıb. Əlavə edib ki, Çeçenistanda olduğu kimi, yaşadığı regionun rəhbərliyində də gənc və enerjili şəxs durmalıdır. O, hətta özünün bu vəzifəyə layiq olduğunu bildirərək, Putindən onun namizədliyini nəzərdən keçirməsini istəyib.

Təklifə gülüşlə reaksiya verən Rusiya dövlət başçısı bu məsələyə mütləq baxacağını vurğulayıb.

Tarix
2014.09.02 / 01:16
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla