Yuxarı

Hakurka türk bayrağı sancıldı: terrorçular məhv edildi – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:11

Türkiyə Silahlı Qüvvələri Qəndilə yekun hücum ərəfəsində PKK-nın sonuncu dayaq nöqtəsi hesab olunan Hakurka daxil olub.

Axar.az xəbər verir ki, bununla da TSQ bir gün ərzində Şimali İraqda 4 kilometrə qədər irəliləyib.

Məlumata görə, TSQ əvvəlcə Hakkari bölgəsinin Çukurca mahalından İraq torpaqlarına daxil olub və 10 kilometrə qədər irəliləyib. Daha sonra türk ordusu Avaşin-Basyan bölgəsinə çatıb. Burada ən mühüm əngəl isə Hakurk olub. Həssas bölgələr, dərin vadilər, yüksək təpələr bir-bir ələ keçirilib. Türk əsgəri terrorçuların Qəndildən öncəki sonuncu dayaq nöqtəsi olan Hakurka çatıb. Təkcə Hakurk bölgəsində 200 PKK terrorçusu öldürülüb. PKK-nın bölgəyə göndərdiyi əlavə qüvvələrin də məhv edildiyi nəzərə alındıqda bu rəqəmin daha yüksək olduğu qeyd olunur.

Türkiyəli hərbi ekspertlər əməliyyatın bu mərhələsinin psixoloji baxımdan vacib olduğunu açıqlayıb. Çünki bölgədə PKK terror qruplaşmasının həm təlim düşərgələri, həm də qondarma məhkəməsi mövcud olub. Əməliyyat nəticəsində bölgədəki terrorçular məhv edilib. Türk ordusu Qəndil yolu boyunca PKK-nın “alınmaz” adlandırdığı ərazilərdə bir-bir nəzarəti ələ keçirib. Sinat-Haftanin, Zap və Hakurk bölgələri təmizlənib. Əslində, Afrin əməliyyatı zamanı ağır itki verən terror qruplaşması türk əsgərini cənub-şərqdə hədəf alacağını açıqlasa da, bu cəhdləri boşa çıxarılıb.

Ekspertlərin fikrincə, Türkiyənin bu həmləsini “strateji mühasirə əməliyyatı” adlandırmaq olar. Əməliyyatın ən vacib detallarından biri isə İraq Kürd Muxtariyyəti və İraq mərkəzi hakimiyyəti ilə yanaşı, İranın da dəstəyini almaq olub. Çünki terror qruplaşmasının liderləri Murad Qarailan və Cəmil Bayık kimi şəxslərin Qəndil dağının İran hissəsində yerləşən düşərgələrə qaçdığı iddia olunub. İrana qarşı beynəlxalq təzyiq və son dövrlərdə PKK-nın İran qanadı PJAK-a qarşı Tehran hökumətinin əməliyyatları da Ankaranın əlini gücləndirib.

***

Terrorçuların məskunlaşdığı dağlarda hava əməliyyatlarını davam etdirən Türkiyə Silahlı Qüvvələri Qəndilə hava məsafəsi 50 kilometr olan və bölgədə strateji əhəmiyyətli dağlardan biri olaraq göstərilən Şəkif dağını ələ keçirib.

Bölgədə terror düşərgələrini yerlə-yeksan edən türk əsgəri kritik nöqtələrdə mövqe tutub.

Ərazidə təhlükəsizliyin təmin edilməsindən sonra türk əsgərinin ilk işi Hakurkda türk bayrağını dalğalandırmaq olub.

***

Türkiyə ordusu Avaşin-Basyan bölgələrinə hava hücumu təşkil edib.

Hücum nəticəsində 10 terrorçu zərərsizləşdirilib. Hərbi təyyarələr həmçinin terrorçuların silah, sığınacaq anbarlarını məhv edib.

Tarix
2018.06.20 / 19:46
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla