Yuxarı

ABŞ-a 800 milyon ödədik: Trampa inanıram - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

F-35 təyyarələri üçün 800 milyon dollar ödəmişik. Beynəlxalq əxlaq, hüquq var. Bu işin onların arzuladığı kimi olacağını zənn etmirəm. Bunu cənab Trampın təsdiqləməyəcəyinə inanıram.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Senatının F-35 təyyarələrinin satışı ilə bağlı qərarına münasibət bildirərkən deyib.

"Türkiyə olaraq bu günə qədər qətiyyətimiz necə olubsa, bundan sonra da bu iradəmizi göstərəcəyik. Oradan olmasa, bir başqa yerdən olacaq, yenə də olmasa, biz öz təyyarəmizi istehsal edəcəyik", - Ərdoğan qeyd edib.

Xatırladaq ki, ABŞ Senatı Türkiyəyə F-35 təyyarələrinin satışının dayandırılması üçün layihəni təsdiqləyib. Layihə Dövlət Departamentində müzakirə edildikdən sonra Senatda təsdiqlənərsə, Trampın imzalamasından sonra qüvvəyə minəcək.

Buna baxmayaraq, ötən gün Pentaqon ilk F-35-i Türkiyəyə təslim edib. Qırıcılar 2020-ci ilə qədər Türkiyəyə gətirilməlidir.

Tarix
2018.06.22 / 08:30
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla