Yuxarı

Almaniya Merkelə görə 2 yerə bölündü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya əhalisi kansler Angela Merkelin istefaya getməsi barədə vahid fikrə malik deyil və demək olar ki, tən yarı bölünüb.

Axar.az xəbər verir ki, bu nəticə “Yougov” ictimai rəy institutunun keçirdiyi sorğuda əksini tapıb. Beləliklə, respondentlərin təxminən 43 faizi Merkelin öz postunu tərk etməli olduğunu düşünür, 42 faizi isə onun fəaliyyətini müsbət qiymətləndirir və istefa üçün əsas görmür. Bununla yanaşı, rəyi soruşulan vətəndaşların 15 faizi bu suala fikir bildirməkdən çəkinib.

Sorğunun nəticəsinə əsasən, Merkelə daha çox Yaşıllar Partiyasının tərəfdarları müsbət yanaşır. Almaniya üçün Alternativ Partiyasının tərəfdarları isə ona qarşı ən kəskin mövqedə dayanır, belə ki, onların cəmi 6 faizi Merkeli kansler postunda görmək istəyir.

Solçuları dəstəkləyən almanların demək olar ki, 50 faizi Merkelin kansler postunda vəzifəsini layiqincə yerinə yetirdiyini düşünür.

Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokratik İttifaqı (XDİ) və Xristian-Sosialist İttifaqı (XSİ) alyansının tərəfdarları arasında isə ona qarşı münasibət birmənalı olmayıb. Alyans tərəfdarlarının 27 faizi Merkelin kansler postunu tərk etməsinin vaxtının çatdığını, 63 faizi isə buna ehtiyac olmadığını fikirləşir.

Rəyi soruşulan vətəndaşların 30 faizi qanunsuz miqrasiya səbəbindən hökumət koalisiyasının dağıla biləcəyini ehtimal edir. Respondentlərin 45 faizi isə öz növbəsində XDİ/XSİ alyansı və Almaniyanın sosial-demokratik partiyasından ibarət koalisiyanı yaxın gələcəkdə heç bir təhlükə gözləmədiyinə əmindir.

Bununla yanaşı, Almaniya əhalisinin yarısı hökumət koalisiyasının 2021-ci il üçün nəzərdə tutulan seçkilərə qədər mövcud olacağına şübhə ilə yanaşır.

Tarix
2018.06.22 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla