Yuxarı

Pompeodan iddia: Xameneinin 95 milyardlıq fondu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp administrasiyası İran xalqı üçün sizlərlə eyni yuxunu görür. Bizim səylərimiz və Tanrının yardımı ilə o günlər gələcək.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo Kaliforniyada keçirilən “İranlıların səsinə dəstək” adlı seminarda çıxışı zamanı deyib.

“İran rejiminin İran xalqı üçün bir kabus olması barədə hər kəs həmfikirdir. İran xalqının üçdə biri yoxulluq həddinin altında yaşayır. Nüvə sazişi zamanı İranın artan neft gəlirləri İran xalqına xərclənə bilərdi. Bunun əvəzində isə terrorçulara, diktatorlara və milislərə xərcləndi”, - Pompeo bildirib.

İranın yüksəkçinli məmurlarını korrupsiyada ittiham edən Pompeo İran Ali Məhkəməsinin sədri Sadiq Laricaninin ruhani lideri Ayətullah Əli Xamenei sayəsində ictimai tenderlərdə korrupsiyaya yol verərək əldə etdiyi sərmayənin ən azı 300 milyon dollar dəyərində olduğunu iddia edib.

“Çox insan bilməz, ancaq Xameneinin “Setad” adı altında fəaliyyət göstərən və büdcəsi 95 milyard dollara çatan qeyri-qanuni investisiya qoyuluşu həyata keçirən fondu var. Bu fond vergidən yayındırılıb”, - Pompeo qeyd edib.

Tarix
2018.07.23 / 11:54
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla