Yuxarı

Paşinyanın saytında Kremlə qarşı inanılmaz kampaniya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusu haqqında razılaşmada hansı maddələrə yenidən baxılacağını demək çətindir, amma Rusiya KİV-lərinin təşvişə düşdüyü aydındır.

Axar.az xəbər verir ki, bu sözlər erməni jurnalist Naira Ayrumyanın artıq hökumətyönlü sayt olan “Lragir.am”da dərc olunan məqaləsində yer alıb.

“Rusiya KİV-lərinin təşvişi müdafiə nazirinin bəyanatından sonra başlamayıb. Ermənistan-Rusiya münasibətlərinin əsasına baxmaq mövzusu inqilabdan dərhal sonra başlayıb və Rusiya KİV-ləri bu məsələdə düşdükləri təşvişi gizlədə bilməyiblər. Onlar əvvəlcə inqilabı Qərbin məhsulu adlandıraraq, yeni erməni məmurlarının qərbyönlü olması barədə məlumatlar dərc etdilər. Bundan sonra isə Nikol Paşinyan iki dəfə Rusiyada oldu və Putinlə görüşdü. Paşinyan Putini əmin etdi ki, Ermənistan xarici siyasət kursunu dəyişmək niyyətindədir və bundan sonra Rusiya KİV-ləri gözləmə mövqeyinə keçdi. Lakin Ermənistanın özünün suveren tələblərini irəli sürmək üçün həyata keçirdiyi istənilən cəhd dərhal ona qarşı növbəti dalğanı başladır. Panik kəndindəki insident də burada istisna deyil. Paşinyan bu insidenti Ermənistanın suverenliyi və Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı provokasiya adlandırdı. O, “suverenlik” sözünü hədər yerə işlətmədi. Belə ki, hazırkı Ermənistan-Rusiya münasibətləri ölkənin suverenliyi üçün təhdid ərəfəsindədir. İrəvanda və Moskvada anlayırlar ki, əgər gərginlik dayanmasa, ya İrəvan öz dövlətçiliyi ilə vidalaşacaq, ya da Rusiya Qafqazdakı yeganə müttəfiqini itirəcək.

Ermənistan-Rusiya münasibətlərində zəifləməyə ehtiyac var. Bu zəifləmə təkcə müdafiədə yox, həm də energetika və iqtisadiyyat sferalarında nəzərdən keçirilməlidir. İki ölkənin münasibətləri suverenliyə qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ermənistan hökuməti məhz bunu etmək istəyir”, – deyə o bildirib.

Tarix
2018.07.23 / 12:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla