Yuxarı

İbrahim Qalından ABŞ-a sərt mesaj: Türkiyəni itirirsiz!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyəni tam itirmək riski ilə qarşı-qarşıyadır.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının “Deyli Sabah” qəzetində dərc olunan məqaləsində yer alıb.

“15 iyul çevriliş cəhdindən sonra bir çox beynəlxalq ekpert türk dövlətinin və iqtisadiyyatının çökəcəyini proqnozlaşdırmışdı. Lakin Türkiyə bu qaranlıqdan daha güclü çıxaraq siyasi stabillik və iqtisadi inkişaf yolunda addımlamağa başladı. Bu olayın üstündən iki il keçdikdən sonra Tramp administrasiyası ilə bir keşiş ucbatından yaşanan mövcud böhran və valyuta bazarlarındakı qeyri-stabillik Türkiyənin qətiyyətini azaltmayacaq” – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə administrasiyası keşiş Branson böhranının ortadan qaldırılması üçün çalışsa da Tramp administrasiyası buna mane olub:

“Türk lirəsinin dollara qarşı ucuzlaşması bir sınaq olaraq qarşımızda dayanır. Ancaq Türkiyə bu çətinliklərlə mücadilə etməyə hazırdır. Tramp administrasiyası terrora dəstəkdə təqsirləndirilərək ev dustaqlığına məhkum edilən keşik Branson məsələsinə görə iki nazirimizə sanksiya tətbiq etmək qərarı verdi. Bu da Türkiyə-ABŞ əlaqələrinin zəifləməsinə səbəb oldu. Türk tərəfinin məsələləri diplomatik kanallar vasitəsilə həll etmək cəhdləri ABŞ tərəfindən rədd edildi. Türkiyənin xoş niyyəti Tramp administrasiyasının ideoloji yanaşması və uzlaşmaz mövqeyi ucbatından diqqətə alınmadı”.

O, ABŞ-ın Türkiyəyə qarşı təzyiqlərinin onun qətiyyətini sındırmayacağını deyib:

“ABŞ Türkiyəni tamamilə itirmək riski ilə qarş-qarşıyadır. Türkiyə ictimaiyyəti milli maraqlarımızı yox sayan ABŞ siyasətinə qarşıdır. Türkiyəyə yönələn təhdidlər, sanksiyalar heç bir işə yaramayacaq. Bunlar yalnız Türkiyənin qətiyyətini artıracaq, ABŞ-ı həm Türkiyədə, həm də beynəlxalq ictimaiyyətdə yalnızlaşdıracaq.

Türkiyə təhdidlərə, basqılara, sanksiyalara və maliyyə əməliyyatlarına boyun əyməyəcək. Başqalarının tələbləri bizim öz təhlükəsizlik narahatlıqlarımızın önünə keçməyəcək. Bir NATO müttəfiqi olaraq Ankara hər kəsin təhlükəsizliyi üçün üzərinə düşəndən daha çoxunu edib. Biz terrora qarşı həmişə müttəfiqlərimizin yanında olmuşuq. İndi onların da bizə eyni şəkildə davranmasını gözləmək ən təbii haqqımızdır”.

Tarix
2018.08.11 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla