Yuxarı

Tramp Con Makkeyn Qanununu imzaladı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.08.13 - 21:19

AВŞ Prezidenti Donald Tramp Nyu York ştatındakı Fort Dramda 2019-cu maliyyə ili üçün milli müdafiə büdcəsinə dair qanunu imzalayacaq.

Axar.az xəbər verir ki, ABŞ Senatında təsdiq edilmiş qanun layihəsi Arizona ştatından respublikaçıları təmsil edən, Vyetnam müharibəsinin keçmiş hərbi əsiri, hazırda Senatın silahlı qüvvələr komitəsinin sədri və beyin xərçəngindən müalicə olunan senator Con Makkeynin adını daşıyır.

Məlum olduğu kimi, hələ seçkiqabağı kampaniyası dövründə D.Tramp C.Makkeyni tənqid edirdi. İyun ayında C.Makkeynin adını daşıyan daha bir qanun layihəsinin – “Veteranların işi üzrə nazirliyin 2018-ci ildə missiyası haqqında Qanun”un imzalanma mərasimində ABŞ prezidenti senatorun adını çəkməmişdi. Bunun əvəzinə o, Ağ Evdə olan bir neçə konqresmeni tərifləmişdi.

2019-cu maliyyə ili üçün “ABŞ-ın müdafiə qabiliyyətinin gücləndirilməsi haqqında Con Makkeyn Qanunu” müdafiə büdcəsinin 716 milyard dollara qədər artırılmasını nəzərdə tutur. Büdcə layihəsində ABŞ-ın NATO-nun “açıq qapı” siyasətinə sadiq olduğu və ölkənin bu hərbi bloka üzvlüyünün davam edəcəyi göstərilir.

***

ABŞ Prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində müdafiə büdcəsini təsdiq edən sənədə imza atıb.

Tarix
2018.08.14 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla