Yuxarı

Putin və Merkelin görüşü 3 saat davam etdi - Təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.08.18 - 20:43

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə səfər edib.

Axar.az xəbər verir ki, Rusiya dövlət başçısının təyyarəsi avqustun 18-də “Tegel” beynəlxalq aeroportunda yerə enib. Putin buradan AFR hökumətinin iqamətgahına gedəcək.

RF Prezidenti və AFR Kanslerinin danışıqları mətbuat üçün bəyanatlarla başlayacaq və onlar qarşıdakı görüşün əsas mövzularını açıqlayacaqlar. Sonra söhbət işçi nahar formatında mətbuat üçün qapalı davam etdiriləcək. Görüşdə Suriya nizamlanması mövzusuna, Ukraynanın şərqindəki vəziyyətə, Rusiya və AFR-in ikitərəfli əməkdaşlığına, həmçinin energetika məsələlərinə toxunulacağı gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə görüşüb.

Hər iki lider görüşdən əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Putin enerji məsələsinin iki ölkə arasında əməkdaşlığın vacib məqamlarından biri olduğunu deyib:

“Almaniya kansleri ilə həm Rus-Alman münasibətlərini, həm də beynəlxalq əhəmiyyətli məsələləri müzakirə etməyə hazırıq.

2017-ci ildə 53.8 milyard kubmetr qaz tədrükü gördük. Bu həcm almaniya bazarının ehtiyaclarının 30 faizini təmin edir. İstehlak getdikcə artır. Bu il ərzində 13 faiz artım müşahidə edilib”.

Putin Donbasdakı durumdan da söz açıb. Rusiya prezidenti Ukraynadakı böhranın həllində irəliləyiş olmadığını bildirib. O, Minsk razılaşmasının alternativinin olmadığını, Rusiyanın problemin həlli məsələsində ümidli olduğunu qeyd edib.

***

Rusiya Prezidenti Vladimir Putin ilə Almaniya Kansleri Angela Merkel arasında keçirilən görüş başa çatıb.

Müzakirələr üç saat davam edib. Görüşdən əvvəl mətbuata bəyanatlarla çıxış edən A.Merkel və V.Putin qeyd ediblər ki, işçi nahar formatında keçiriləcək görüşdə ikitərəfli və regional məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Həmçinin bildirilib ki, söhbət zamanı Suriya məsələsi, Ukrayna böhranının həlli yolları, “Şimal axını-2” layihəsi, İranın nüvə proqramı üzrə saziş ətrafındakı vəziyyət müzakirə olunacaq.

Tarix
2018.08.19 / 01:26
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla