Yuxarı

Berdiməhəmmədovdan Xəzəryanı ölkələrə dəvət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə bu ölkənin Nazirlər Kabinetinin iclasında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub.

Axar.az xəbər verir ki, Q.Berdiməhəmmədov Nazirlər Kabinetinin sədri Rəşid Meredova Xəzər sammitində əldə olunmuş razılaşmaların müddəalarının qısa müddətdə yerinə yetirilməsinə dair tədbirlər planının hazırlanması barədə tapşırıq verib. Dövlət başçısı Xəzəryanı ölkələr arasında ticari-iqtisadi və nəqliyyat sahələrində imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb, Baş nazirin müavinlərinə təkliflərin hazırlanması ilə bağlı göstəriş verib.

Həmçinin 2019-cu ildə Aşqabadda keçiriləcək Birinci Xəzər İqtisadi Forumuna hazırlıq məsələləri müzakirə olunub.

İclasda Türkmənistanın Xəzərdə axtarış-xilasetmə işləri üzrə beştərəfli Sazişin hazırlanmasında fəal iştirak etməsi də qərara alınıb. Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb.

Tarix
2018.08.18 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla