Yuxarı

Putin Təhlükəsizlik Şurasını çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Axar.az xəbər verir ki, toplantıda İŞİD-lə mübarizədə Rusiyanın atacağı addımlar, Ukrayna böhranı və Afrikada yayılan Ebola virusu ilə bağlı müzakirələr aparılıb.

Kremlin mətbuat katibi Dmitri Peskov verdiyi açıqlamada toplantı zamanı İŞİD-lə mübarizədə beynəlxalq hüquq çərçivəsində əməkdaşlığın müzakirə edildiyini bildirib.

Parisdə 40 ölkə ilə birlikdə İŞİD-ə qarşı mübarizəyə imza atdıqlarını xatırladan Peskov Moskvanın Suriya rəhbərliyinin icazəsi olmadan bu ökənin ərazisində hər hansı əməliyyatın reallaşdırılmasının əleyhinə olduqlarını bir daha vurğulayıb.

Bu arada Peskov Putinin noyabrda Avstraliyada təşkil olunacaq "G20" zirvəsinə qatılacağını və bunun üçün hazırlıqların getdiyini qeyd edib.

Xatırladaq ki, Avstraliyanın Xarici İşlər naziri Culi Bişop "G20" ölkələrinin Brisbendə keçiriləcək zirvəsinə Putinin dəvət edilib edilməməsi ilə bağlı məlumatının olmadığını bildirmişdi.

Tarix
2014.09.22 / 18:36
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla