Yuxarı

“Total”ın İrana vurduğu ziyanın məbləği açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Total” neft şirkəti 16 il ərzində İrana 80 milyard dollar ziyan vurub.

Report xəbər verir ki, bunu İran parlamentinin Büdcə və planlaşdırma komissiyasının üzvü Əli Hacı Deliqani deyib.

“2012-ci ildə ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən “Total” ölkədən çıxdı. “Altılıq”la imzalanan razılaşmadan sonra - 2015-ci ildə təkrar ölkəmizlə ticarət etməyə başladı. 16 il ərzində İran bu şirkətdən 80 milyard dollar ziyan görüb. Şirkətə isə heç bir ziyan dəyməyib. Bununla belə, İranın Neft Nazirliyi heç bir məhdudiyyət qoymadan “Total”la müqavilə imzaladı”, - Əli Hacı Deliqani deyib.

Qeyd edək ki, "Total" neft şirkəti bu ilin avqustunda rəsmi olaraq İran bazarını tərk edib. O, "Cənub Pars" yatağının işlənməsi ilə bağlı sazişdən rəsmən çıxıb. Hazırda İran "Total"ı əvəzləyəcək şirkət axtarır.

"Total" mayda ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşməmək üçün ölkə bazarını noyabrın 4-nə qədər tərk edəcəyini açıqlamışdı. Bəzi məlumatlara görə, Çin Dövlət Neft Şirkəti (CNPC) "Total"ın "Cənub Pars"dakı aktivlərini almaq istədiyini bildirib.

Tarix
2018.09.13 / 00:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla