Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız
Rusiyaya səfərə hazırlaşır.
Axar.az xəbər verir ki, nazirin Rusiyaya getməsinə səbəb iki
ölkə arasında enerji mübadiləsində qiymət tarazlığının
pozulmasıdır. Taner Yıldızın həmkarı Aleksandr Novak, "Qazprom"un
İdarə heyətinin sədri Aleksey Miller və "Qazpromexport"un
prezidenti Telena Burmistrova ilə görüşü gözlənilir. Eyni zamanda,
türkiyəli nazirin "Rosatom"un sədri Sergey Kiriyenko ilə görüşü də
nəzərdə tutulur. Görüşdə Mersində inşa ediləcək nüvə stansiyası ilə
bağlı müzakirələr aparılacaq.
Rusiyadan ən çox təbii qaz idxal edən ölkə olan Türkiyə dolların
qalxması səbəbindən istehlak qiymətlərinə yenidən baxılması
fikrindədir. Ekspertlərin fikrincə, oktyabrdan etibarən elektrik və
təbii qazın qiymətlərində 9 faiz artım olacağını deyən nazir
Rusiyadan endirim tələb edəcək.
Xatırladaq ki, az öncə Rusiya ilə əməkdaşlıq şəraitində
Qazaxıstanda AES tikilməsi ilə bağlı müzakirələr aparıldığı barədə
xəbər yayılıb.