Yuxarı

Qərarımızı vermişik, ikincisi olmayacaq - Tereza Mey

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verməklə öz seçimlərini ediblər, ikinci səsvermə olmayacaq.

Axar.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey bu fikirləri Avropa İttifaqının Zalsburqda keçirilmiş qeyri-formal sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib.

Baş nazir Böyük Britaniyanın hakimiyyət orqanlarının mövqeyini bir daha təkrarlayaraq bildirib ki, Brexit üzrə ikinci referendum qeyri-mümkündür.

“Biz 2019-cu ilin martında çıxacağıq (Aİ-dən) və ikinci referendum olmayacaq. İnsanlar öz seçimini edib, Baş nazir olaraq mənim vəzifəm, hökumətin və parlamentin vəzifəsi bu seçimi təmin etməkdir”, - deyə Tereza Mey Avropa Komissiyasının saytında yayımlanan çıxışında qeyd edib.

Britaniya və Avropa İttifaqı tərəflərin maraqlarına əməl olunmaqla oktyabrın sonunadək Brexit-in reallaşdırılmasına imkan verəcək üç əsas məsələni həll etməlidir: Avropa İttifaqından çıxma haqqında sazişin razılaşdırılmasını başa çatdırmaq, İrlandiya sərhədləri ilə bağlı problemi həll etmək və gələcək qarşılıqlı əlaqələrin formatını hazırlamaq.

Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək. Brexit-in şərtləri haqqında danışıqlar ötən ilin yayından bəri davam edir və hələlik ciddi irəliləyiş əldə olunmayıb.

Tarix
2018.09.20 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla