Yuxarı

Qırğızıstanın səfiri ölkəsinə dönməkdən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Cənubi Koreyadakı səfiri Qılıncbəy Sultan dünya ölkələrindən birindən siyasi sığınacaq istəyib.

Axar.az xəbər verir ki, buna səbəb kimi Sultan Qırğızıstanın yeni hökumətinə etibar etməməsini göstərib:

“Mənim artıq nə yeni hökumətə, nə prezidentə zərrə qədər də inamım var. Mən Qırğızıstanda bu cür hökuməti tanımıram. Biz bilirik ki, həm prokurorluq, həm Milli Təhlükəsizlik Komitəsi hakimiyyətin əlindədir. Buna görə də Qırğızıstana qayıtmayacağam”.

O, siyasi sığınacaq üçün hansı ölkəyə müraciət etdiyini açıqlamayıb.

Qeyd edək ki, Sultan sentyabrda Bişkekdə keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyini çoxsaylı pozuntularda günahlandırmışdı. O, XİN-də korrupsiya hallarını aşkar etdiyini bildirmişdi. Səfir korrupsiya faktlarını ölkə prezidenti və Təhlükəsizlik Şurasına təqdim etmişdi. Bundan sonra Qırğızıstan Xarici İşlər naziri Erlan Abdullayev istefaya getmiş, az sonra isə Sultanın özü də istefaya göndərilmişdi.

Tarix
2018.10.13 / 10:02
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla