Yuxarı

Suyun altında qalan 17 məktəbli xilas edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın qərbində xilasedicilər daşqınlar nəticəsində suyun altında qalan 17 məktəblini xilas ediblər.

Axar.az xəbər verir ki, əvvəlcə İndoneziyanın qərbində daşqınlar nəticəsində 22 nəfərin həlak olması, onlarla sakinin xəsarət alması barədə məlumat yayılmışdı. Həlak olanlar arasında Şimali Sumatra əyalətinin Mandaylinqnatal dairəsinin Muara Saladi kəndində 11 şagirdin olduğu da bildirilmişdi. Daha 15 nəfərin isə itkin düşdüyü deyilirdi.

Nəşrin bildirdiyinə görə, Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Agentliyi su altında qalan Muara Saladi kəndindəki ibtidai məktəbdə həlak olan şagirdlərin sayının 12 nəfərə çatması barədə məlumat yayıb. Onların hamısının 12 yaşdan aşağı olduğu bildirilir.

Xilas edilən 17 şagirdlə birlikdə iki müəllimin də tapıldığı qeyd edilir. Şagirdlərdən 7-si müxtəlif dərəcəli xəsarət alıblar və onlara hazırda tibbi yardım göstərilir.

Qərbi Sumatra və Şimali Sumatra əyalətlərində baş verən gözlənilməz daşqın və torpaq sürüşməsi çoxlu sayda insanın həlak olmasına səbəb olub. Burada oktyabrın 11-dən davam edən leysan yağışlar nəticəsində 48 ev dağılıb. Yollar pis vəziyyətdə olduğuna görə zərər çəkən rayonlarla əlaqə saxlamaq çətindir. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, onlarla insan palçığın altında qalıb, axtarışlar davam etsə də, həlak olanların sayının artacağı güman olunur.

Tarix
2018.10.14 / 18:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla