Yuxarı

Avropa ABŞ-dan imtina edir – Yeni strategiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələri artıq öz təhlükəsizlik sistemlərini formalaşdırmaq və Moskva ilə münasibətləri gücləndirmək haqqında düşünməyə başlayıblar.

Axar.az xəbər verir ki, bu iddia ilə İspaniyanın “El Pais” qəzetinin analitiki Karlos Yarnos çıxış edib.

“Bu işdə dönüş anı İspaniya qırıcılarının bir müddət əvvəl Estoniya səmasında Rusiya sərhədlərinə raket buraxması oldu. Bu, Brüsselin NATO təyyarələrinin Rusiya sərhədlərində uçuşunu azaltmasına səbəb oldu. Üstəlik, Brüssel Moskvanın artıq düşmən olmadığını və ona müttəfiq kimi yanaşmağın vaxtının gəldiyini düşünməyə başladı”, – deyə o bildirib.

Yarnos Avropa üçün strategiyalar, alyanslar və təhdidlərin dəyişdiyini bildirib:

“Buna səbəb ABŞ-da Donald Trampın prezident olmasıdır. Məhz o, Britaniyanın AB-dən çıxmasını dəstəkləyir, İranla nüvə razılaşmasından çıxıb və ABŞ-ı Avropanın gözündə etibarsız müttəfiq edib. Bundan başqa, ABŞ lideri Rusiya Prezidenti Vladimir Putinlə yaxınlaşıb və Avropanı qorxutmağa başlayıb. Avropa dünyadakı məsələlərin həllində öz rolunun tükənəcəyindən çəkinir. Bütün bunlar Avropada Moskva ilə yaxınlaşma tendensiyalarını gücləndirib. Bunun üçün ilk addımı Fransa Prezident Emmanuel Makron atdı. Məhz o, soyuq müharibənin nəticələrini gözdən keçirməyə və Avropada bərabərliyin təmin edilməsinə çağırış etdi”.

Tarix
2018.10.17 / 11:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla