Yuxarı

ABŞ polisi qaradərililəri ağlardan 21 dəfə çox öldürür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ polisi qaradərililəri ağlardan 21 dəfə çox öldürür

Qaradərili yeniyetmələrin polisin əli ilə öldürülmə ehtimalı ağ həmyaşıdlarından 21 dəfə yüksəkdir.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, "ProPublica" qeyri-hökumət təşkilatının apardığı yeni araşdırmlar bunu sübut etməkdədir.

"ProPublica" 2010-2012-ci illərdə polislə baş vermiş və ölümlə nəticələnən mindən artıq atışmanı araşdırıb. Nəticələrə görə, belə halların əksəriyyətində 15-19 yaş arası qaradərili yeniyetmələr iştirak edib.
Missuri Universitetinin professoru Devif Klinqer bildirib ki, rəqəmlər dəqiq olmaya bilər, çünki FTB keçirdiyi əməliyyatlar haqqında məlumatların hamısını təqdim etməyə borclu deyil. Ancaq, professorun sözlərinə görə, "çətin ki, xəta əhəmiyyətli dərəcədə olsun".

Təşkilat həmçinin polisin öldürdüyü orta yaşlı kişilər barədə əldə etdiyi məlumatları da açıqlayır. Afro-amerikanlar arasında orta yaş həddi 30, ağlar üçünsə 35 yaş təşkil edir.

Həm də yeniyetmələrə silah qaldıran, atəş açan polislərin 90%-i ağ amerikalılar və yalnız yerdə qalanı qaradərili zabitlərdir.

Qeyd edək ki, "ProPublica" FTB-nin məlumatlarındakı faktlara əsaslanaraq bir neçə həftə araşdırma aparıb.
Polisin qaradərili yeniyetmələri qətlə yetirməsi faktı artıq ABŞ-da bir neçə dəfə ki, kəskin diskussiya, mübahisə və etiraz aksiyalarına səbəb olub.

Tarix
2014.10.12 / 02:00
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla