Yuxarı

ABŞ dəhşətli silahını Türkiyəyə gətirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 12-ci nəsil B61-12 termonüvə silahının sınaqlarını başa çatdırılıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Nüvə Təhlükəsizliyi üzrə Milli İdarəsi informasiya yayıb.

Məlumata görə, artıq yaxın vaxtlarda ABŞ-ın nüvə triadasının əsas komponentinə çevrilməsi nəzərdə tutulan hərbi sursatın seriyalı istehsalına başlanılacaq.

İdarə olunan B61-12 raketlərinin sınaqları Nevada poliqonunda nüvə başlığı olmadan keçirilib. Yeni raketin ilk nümunələrinin Texas ştatındakı “Penteks” zavodunda istehsal edilməsi və 2020-ci ilin baharında silahlanmaya qəbulu planlaşdırılıb.

Bəs ABŞ istehsalı bu bombanın əsas xüsusiyyətləri və təhlükəsi nədən ibarətdir?

Onu həddən artıq yeni adlandırmaq düzgün olmaz. B61-12 ilk seriyalı nümunə 1967-ci ildə yaradılan köhnə B61 atom bombalarının modernizasiya olunmuş variantıdır. Bu bomba silahlanmada elə uzun müddət qalıb ki, onu bəzən “11 prezidentin bombası” da adlandırırlar.

60-cı illərdə bu bombanın varlığı böyük bir sirr kimi hamıdan gizlədilirdi, hətta Pentaqonun hərbi toplantılarında belə bombanın adının çəkilməsi qadağan edilmişdi. Nəticədə zabitlər arasında bu raketin digər bir adı – “gümüş güllə” yarandı.

Hazırda sözügedən bombaların 1200 ədədi NATO-nun müxtəlif bazalarında saxlanılır. Onların əsas hissəsi Avropada yerləşdirilib ki, bu da Rusiya Baş Qərargahının uzun illər ərzində narahatlığına səbəb olub.

2010-cu ildə isə amerikalılar bu bombaları modernizasiya etmək niyyətinə düşdülər və bunun üçün 2 milyarddan artıq vəsait ayrıldı.

Bombanın yenidən işlənməsi onun nüvə potensialına təsir göstərməyib. Belə ki, yenilənmiş versiyada da bombanın gücü 80 kiloton olaraq qalıb.

ABŞ modernləşdirilmiş bombasını da Avropada yerləşdirmək planlarını gizlətmir. Hərbi sursatın Avropadakı NATO bazalarında – Almaniya, Niderland, Belçika, İtaliya və Türkiyədə yerləşdirilməsi nəzərdə tutulur.

Tarix
2018.10.23 / 13:22
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İƏT Ermənistana çağırış etdi

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla