Yuxarı

Hizbullahdan PKK-ya şok müharibə xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hizbullahdan PKK-ya  şok müharibə xəbərdarlığı

Türkiyədə baş verən hadisələrdən sonra Hizbullah təşkilatı PKK-nı günahlandıraraq mübarizəni davam etdirəcəklərini bildirib.

Axar.az xəbər verir ki, Hizbullaha yaxın internet saytının verdiyi məlumata görə, təşkilat PKK-nın onlara qarşı qaldırdığı iddianın əsassız olduğunu açıqlayıb: "Hamı bilsin ki, müsəlman qardaşlarımıza bu günə qədər edilən hücumlara verdiyimiz qarşılıq bundan sonra da davam edəcək. Hədəfə alınan müsəlmanlardır. İŞİD-lə əlaqəmizin olmadığını dəfələrlə bəyan etmişik. PKK və onun törəmələrinin isə israrla bizi İŞİD-lə əlbir olduğumuzu deməsi böhtan və döyüş taktikasıdır".

Təşkilat üzvləri PKK-nın birtərəfli olaraq Hizbullaha təzyiqlər etdiyini və buna çox sərt cavab verəcəklərini bildiriblər:

"Çox açıq və dəqiq bir şəkildə biz bu hücumları hiss edirik. Bəzi qüvvələr bunu israrla PKK-Hizbullah qarşıdurması şəklində göstərməyə və bu şəkildə cəmiyyətin şüurunda səhv bir qavrayış meydana gətirməyə çalışır. Bölgəni, xalqımızı və təcavüzkarları çox yaxşı tanıdığımız üçün bu hücumların haradan törəndiyini çox yaxşı bilirik. Biz bu hücumlara qarşı sükutla cavab verməyəcəyik".

Tarix
2014.10.13 / 18:22
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla