Yuxarı

Aksiyaçılar nazirliyə girdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aksiyaçılar nazirliyə girdi

Banqkokda polis baş nazirliyin ətrafındakı barrikadaları ləğv edib.

Daha öncə xəbər verdiyimiz kimi, Tailandda bir həftədir davam edən və bəzən zorakılığın baş verdiyi aksiyalarda son üç gün ərzində ən azı üç nəfərin öldüyü, 200-dən çox insanın isə yaralandığı bildirilir. Ancaq bu dəqiqələrdə polis baş nazirliyinin ətrafındakı beton barrikada və tikanlı məftilləri götürərək aksiyaçılara içəri girə biləcəyini elan edib.

Barrikadalar götürüləndən sonra polis və aksiyaçılar qucaqlaşıblar. Aksiyaçılar həmçinin polislərə gül hədiyyə ediblər.

Polisin bu addımının Banqkokda gərginliyi yatırtmaq üçün atdığı bildirilib. Tailandın Baş nazir müavini Ponqtip Tipkançana hökumətin fəaliyyətinə davam etdiyini, ancaq polisdən geri çəkilməsini istədiyini söyləyib. Tipkançana "bu aksiyalarda iştirakçıların simvolik olaraq bu yerləri işğal etmək istədiklərini gördük və bunun üçün şərait yaratdıq. Bu gün gözyaşardıcı qazdan istifadə etməyəcəyik, toqquşma olmayacaq. Əgər içəri girmək istəsələr, buna icazə verəcəyik"-, deyib.

Aksiyaçılar bu irəliləyişi qələbə hesab edib. Ancaq aksiyaçıların lideri Sutep Taqsuban mübarizəni davam etdirəcəyinə və hökuməti devirməyə and içib.

Tarix
2013.12.03 / 14:55
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla