Oktyabrın 14-də Leonid İliç Brejnevin hakimiyyətə
gəlməsindən 50 il ötür. O, 1964-cü ildən 1982-ci ilədək sovet
dövlətinin rəhbəri (Sov.İKP MK-nın baş katibi və daha sonra həmdə
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri) olub. AzadlıqRadiosu
Natalya Murqanın "Komsomolskaya pravda" qəzetində dərc olunmuş "Baş
katibin ailəsində kim var, kim yox..." məqaləsini bəzi
qısaltmalarla diqqətə yetirir.
"Əziz Leonid İliç"in və arvadı Viktoriya Petrovnanın iki uşağı
olub – Qalina və Yuri. Qalina 3 dəfə rəsmi ərə gedib: sirk artisti
Yevgeni Milayevə (tək qızı Viktoriya Milayevanı ondan doğub),
illüzionist-gözbağlayıcı İqor Kioya və DİN podpolkovniki Yuri
Çurbanova.
Viktoriya Milayeva Mixail Filippova ərə gedib və 1973-cü ildə
Qalinanı dünyaya gətirib. Nikah tezliklə pozulub və Brejnevin
nəvəsi 2-ci dəfə şəxsi həyatını qurmağa cəhd göstərib. Onun 2-ci
əri Gennadi Varakuta balaca Qalinaya öz qızı kimi baxıb.
1982-ci ildə – Leonid İliçin ölümündən sonra ailənin qara
günləri başlanıb. Qalinanın əri Yuri Çurbanovu əvvəlcə bütün
vəzifələrindən çıxarıblar. Daha sonra onu korrupsiyada suçlayaraq
həbs ediblər. Qalina Leonidovnanın özü tədricən içki düşkününə
çevrilib və 1998-ci il iyunun 29-da ruh xəstələri klinikasında
keçinib.
![](http://axar.az/cdn/2014/october/14/axar.az1413282808866F1E9D-DD9B-4748-94AC-FEA2FB80EB75_w640_r1_cx0_cy6_cw100_s.jpg)
Brejnevin qızı Qalina əri - SSRİ daxili işlər nazirinin
müavini Yuri Çurbanovla birlikdə - 1981
Viktoriyanın işsiz qalan əri Mixail Filippov bizneslə məşğul
olmağa qərar versə də, bəxti gətirməyib, olan-qalanını da itirib.
Nikah pozulub.
Brejnevin qızı Qalina xəttindən törəmələri oğlu Yuri xəttindən
qohumlarıyla danışmırlar (Yuri 2013-cü ildə dünyasını dəyişib. Onun
Leonid və Andrey adlı 2 oğlu qalıb).
"NİNA ONUN CƏBHƏ EHTİRASINI OYADIRDI"
Brejnevin şəxsi tibb bacısı Nina Korovyakova son illərini tam
tənhalıqda keçirib. İki il öncə (2012-ci ildə-tərc.) onun ölümündən
yalnız ən yaxın qohumları xəbər tutmuşdu. Korovyakova 1970-ci
illərin əvvəllərində Brejnevin şəxsi tibb bacısı olmuşdu. O vaxtlar
yaşı 40 civarındaydı, Brejnevinsə yaşı 60-ı xeyli ötmüşdü.
"Nina Aleksandrovna ilə hələ əvvəllərdən – o, 4-cü Baş İdarə
nəzdindəki poliklinikaya – Brejnevin yanına keçməzdən öncə birgə
çalışmışam", – Korovyakovanı əvəzləyən sonuncu tibb bacısı
Valentina Leleko belə deyir. "Aşırı ambisiyalı və özündənrazı bir
peşəkar idi, – axtardığını havada tutan, sivişkən, istədiyinə
çatan, dikbaş...".
Moskva həndəvərində bir xatirə lövhəsi diqqət çəkəcək – Baş
katibi tibb bacısı Nina Korovyakovanın ağuşunda göstərən bir
lövhə.
![](http://axar.az/cdn/2014/october/14/axar.az1413282808D1946D7B-75CE-4A8E-984A-03F2C3184E87_w640_r1_s.jpg)
Leonid Brejnev və tibb bacısı Nina
Heç şübhəsiz, Korovyakova Leonid İliçin çox xoşuna gəlirdi. O
bunu heç gizlətmirdi də. Arvadı Viktoriya Petrovna bundan çox
hirslənirdi. Xanım Brejneva ailə həyatında özünü əsas adam sayır və
nikahını qorumaq naminə ölümünə çarpışırdı.
Baş katibin şəxsi fotoqrafı Vladimir Musaelyanın xatirələrinə
görə, tibb bacısı Korovyakovaya baxanda, Leonid İliç savaş
illərində çox sevdiyi həkim Tamaranı yada salırmış. Brejnev bu
həkimi cəbhədən evinə gətirmişdi. O vaxt arvadı bu "yeni
sevgili"dən onları rahat buraxmasını istəmiş, "bax, bizim 2
uşağımız var, axı!.." – demiş və nikahını qoruya bilmişdi. Deyilənə
görə, Brejnev Tamaranı yola salarkən, yerindən tərpənən qatarın
ardınca qaçır və ağlayırmış...
![](http://axar.az/cdn/2014/october/14/axar.az1413282808D05E586B-DC79-4698-AE3A-CE95F7A2D9F0_w640_r1_s.jpg)
Brejnev ovda
UYUŞDURUCU ƏHVALATI
"1975-ci ildən məni Leonid İliçin şəxsi həkimi təyin etdilər", –
təbib Mixail Kosırev "Komsomolskaya pravda"ya danışır. "Şəxsi tibb
bacısının Leonid İliçdən ötrü nə demək olduğunu anlayanda, mat
qalmışdım! Bütün həkimlərin önündə divara çevrilmişdi.
Brejnevin boğazını, burnunu, gözünü də özü sağaldır, qulağını da
özü yuyub-təmizləyirdi. Diş ağrısını ovxalamaqla, otla kəsirdi…
Leonid İliç, heç bir sərhəd bilmədən, ona güvənirdi. Bu tibb
bacısının bel əl-qol açmasına Brejnevin rəhmətlik şəxsi həkimi
Nikolay Rodionov imkan yaratmışdı. Rodionov yaşlı və xəstəhal idi.
Görünür, Leonid İliçə baxmaqdan bezdiyinə görə, bütün işləri tibb
bacısına tapşırmışdı. O da tezcə anlamışdı ki, baş katibi öz
maraqlarına görə fırlaya bilər.
Moskvada ev aldırmışdı, qızını işə düzəltdirmişdi, ərinin
rütbəsini kapitanlıqdan generallığacan yüksəltdirmişdi. Brejnev hər
yana onunla gedər, ona xaricdən gətirilmə pal-paltar bağışlardı. Bu
tibb bacısının verdiyi yuxu dərmanı Brejnevin sağlamlığını
çökdürmüşdü. Şəxsi həkim resept yazmırdı, amma Korovyakova nə
yollasa Brejnevə dərman verərdi. Beləcə, Leonid İliç asılı duruma
düşmüşdü. Tibb bacısının güclü təsir göstərən narkotik maddələri
necə ələ keçirməsi bugünədək sirr qalır.
Mən bu barədə Yevgeni Çazovla (o dönəmlər SSRİ Səhiyyə Nazirliyi
nəzdində 4-cü Baş İdarənin rəisi çalışan məşhur kardioloqla –
tərc.) danışmışam. Tibb bacısı məsələsindən Siyasi Büro üzvlərinin
hamısı xəbər tutubmuş. Yekdil fikir də varmış: onu işdən çıxarmaq
lazımdır, amma... Leonid İliçin bunu ürəyinə salmaması
şərtiylə.
![](http://axar.az/cdn/2014/october/14/axar.az1413282808796F71A4-AE12-4D16-BDD5-CB6052F152D5_w640_r1_s.jpg)
Nina Korovyakova
Yavaş-yavaş, xarici səfərlərə onu aparmamağa başladılar.
Məsələn, Polşaya getməyə qoymadılar. 1976-cı ildə Korovyakovaya
başqa işə keçirildiyi bildirildi. O, Leonid İliçlə görüş tələb
etdi. Küçədə belə bir vida görüşü təşkil olundu. Çazov Brejnevin
qolundan yapışmışdı. Onları mühafizəçilər dövrəyə almışdılar. Nina
nəsə deməyə cəhd göstərsə də, sözünü kəsdilər və o dəqiqə Brejnevi
döndərib evə apardılar…
Ayrılıq Brejnevi çox üzürdü. Əzab çəkir, Ninadan ötrü darıxır,
tez-tez onu soruşurdu. Daha sonra, necə oldusa, sürətlə
qocaldı.
Ninanı 4-cü İdarənin nəzdindəki xüsusi yeməkxanaya diyetik tibb
bacısı işinə keçirmişdilər, sonra elə ordan da təqaüdə çıxdı. Dörd
il əvvəl onunla təsadüfən bir mağazada rastlaşdım. Çətinliklə
tanıdım – belibükük qarıya çevrilmişdi. O yaraşıqlı, düzqamətli,
həmişə başıdik gəzən qadından əsər-əlamət qalmamışdı".
![](http://axar.az/cdn/2014/october/14/axar.az1413282808835EA791-19B9-4F1F-8546-1701CC36DC96_w640_r1_s.jpg)
Leonid Brejnev ABŞ prezidenti Niksonun qəbulunda -
1973
ANDROPOVUN QADIN AGENTİ
"Bu tibb bacısı əhvalatı dillərdə gəzirdi", – istefada olan DTK
(KQB) generalı Gennadi Bazıl "Komsomolskaya Pravda"ya danışır. "Bir
dəfə Brejnevin həkimlərindən 70 yaşlı adamla eşq oyunu oynamağın
mümkünlük dərəcəsini soruşdum.
Cavab verdilər ki, Brejnevin kişi funksiyaları qaydasındaymış…
Mənə o qadının KQB agenti olduğunu da söylədilər. Xəbərçi rolunu
oynayır və Andropova (DTK-KQB-nin ovaxtkı sədri – tərc.) Brejnevin
nə ilə nəfəs aldığını, nə danışdığını, kimlərlə görüşdüyünü
bildirirmiş.
– Amma elə Andropovun da onu işdən çıxardığını deyirlər,
axı. Düz demirlər?
– Bir mərhələdə o, işini yaxşı görürmüş. Amma biri var, qadın
agent obyektə özünü sevdirsin, biri də var, özü obyektə vurulsun.
KQB-yə məlumat çatdı ki, Korovyakova Brejnevə imzalanmağa verilən
bütün sənədləri öz təşəbbüsü ilə oxuyur. Leonid İliç onunla dövlət
məsələlərini məsləhətləşirmiş. Qadın ərindən də boşanmağa
hazırlaşırmış. Əri yüksək məclislərdə o ki var içir və deyirdi ki,
arvadının Brejnevlə intim bağlantısı var! Artıq başqa yol
qalmamışdı: bu məsələyə son vermək lazım idi.