Yuxarı

Bu silahlar İŞİD-in əlinə keçir - Avropa Parlamenti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində istehsal edilən silahların İŞİD-in əlinə keçməsindən narahat olduğunu bildirib.

Report xəbər verir ki, bu barədə Avropa İttifaqının silah ticarətinə nəzarət məsələsinə həsr olunan qətnaməsində bildirilir.

“Avropa Parlamenti Aİ ölkələrində istehsal edilən böyük miqdarda silah və sursatın İraqda və Suriyada İŞİD yaraqlılarında aşkarlanmasından dərin narahatlıq keçirir”, - sənəddə qeyd olunub.

Bildirilib ki, bununla bağlı Avropa Parlamenti Aİ ölkələrinin silah ixracını tənzimləyən 2008/944 nömrəli sənədin [silahların son istifadəçisinin hüquqlarına dair müqavilənin müddəalarını pozmaqla] silahların başqa ölkəyə göndərilməsinə dair bəndlərinə Bolqarıstan və Rumıniyanın əməl etmək istəmədiklərini nəzərə alır və bütün Aİ üzv ölkələrini silahların başqa ölkələrə, xüsusilə də ABŞ və Səudiyyə Ərəbistanına göndərilməsinə əngəl olmağa çağırır.

Bununla yanaşı, Avropa Parlamenti Aİ-yə üzv ölkələri üçüncü ölkələrdə silahların lisenziya ilə istehsalını daha diqqətlə araşdırmağa, belə silahların arzuolunmaz istifadəsinə qarşı daha möhkəm zəmanətlər tətbiq etməyə çağırır.

Tarix
2018.11.14 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla