Yuxarı

Cəhənnəmə çevrilmiş “cənnət”: qurbanların sayı 50 oldu - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları nəticəsində həlak olanların sayı azı 50 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə ştatın yanğınsöndürmə departamenti məlumat yayıb.

Bu gün səhər saatlarına olan məlumata görə, ölənlərin böyük əksəriyyəti – 48 nəfər noyabrın 8-də ştatın şimalında adı “cənnət” kimi tərcümə olunan Paradayz şəhəri rayonunda başlayan “Kemp” yanğınının qurbanı olub. Yanğınsöndürmə əməliyyatları zamanı, həmçinin 3 yanğınsöndürən xəsarət alıb.

Hazırda 52,6 min hektar sahəyə yayılan yanğın 8 mindən çox evi və tikilini külə döndərib. Alovun yayılmasının qarşısını yalnız noyabrın 30-dək tam almağın mümkün olacağı bildirilir. Təbii fəlakətlə mübarizəyə 5,6 min nəfər cəlb olunub.

Los-Anceles yaxınlığında yerləşən Malibu şəhərciyi rayonunda 40 min hektar ərazini əhatə edən “Vulsi” meşə yanğını isə 2 nəfərin həyatına son qoyub. Alov burada 430-dan çox evi məhv edib. Onların arasında bir sıra “ulduzların” - məşhur aktyor və musiqiçilərin malikanələri də var. Məsələn, aktrisalar Mayli Sayrus, Kim Beysinger, Şennen Doerti, aktyor Cerard Batler, musiqiçilər Nil Yanq, Robin Tin, rejissor Skott Derrikson və başqalarının dəyəri milyonlarla dollar olan mülkləri külə dönüb. KİV-in məlumatına görə, teleaparıcı və model Kim Kardaşyan 60 milyon dollarlıq mülkünü qorumaq üçün “şəxsi yanğınsöndürənlər” tutub.

Malibuda yanğınla 3,6 min yanğınsöndürən mübarizə aparır.

Tarix
2018.11.14 / 21:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla